Kəmalə Günəşli yeni təmirdən çıxan evini GÖSTƏRDİ - VİDEO

 

Müğənni Kəmalə Günəşli paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi yeni təmirdən çıxan evinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Evin müxtəlif hissələrini nümayiş etdirən Kəmalə Günəşli interyer və dizayn detallarını da göstərib.

Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İzləyicilər evin görünüşü, təmir üslubu və dekorasiya elementləri ilə bağlı çoxsaylı rəylər yazıblar.

Bəzi istifadəçilər mənzilin zövqlə təmir edildiyini qeyd edərək müğənniyə xoş arzularını çatdırıblar. Digərləri isə evin interyeri ətrafında müzakirələr aparıblar.

Kəmalə Günəşlinin yeni evindən yayımladığı görüntülər sosial şəbəkələrdə geniş maraq doğuran mövzularından birinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31