Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır.

Araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir.

Mütəxəssislər bildirirlər ki, əlavə dil öyrənmək beyin üçün müsbət təsir göstərir, neyron əlaqələri gücləndirir və yaşlanma riskini azaldır. Xüsusilə bir dildə danışan insanlarda sürətli qocalma riski daha yüksəkdir.

Alimlər hər kəsə yeni dil öyrənməyi və beyin fəaliyyətini aktiv saxlamağı tövsiyə edirlər. /Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31