Deputat sürücülərə bal tətbiqinin artırılmasını təklif edib- ÖZƏL

"Taksi sürücüləri ilə bağlı problem elə xarakterlidir ki, mən hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və yalnız kobud qayda pozuntularına görə bal tətbiq edilməsinin tərəfdarıyam". "Olaylar" xəbər verir ki, bunu Milli Məclidin deputatı Naqif Həmzəyev deyib: "Ən pis halda isə, ilk dəfə yüngül qayda pozuntusu törətdikləri zaman yalnız cərimə ilə kifayətlənmək və bal yazılmamasını düşünürəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşmış nişanlanma sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə aşağıdakıların tətbiq edilməsini xahiş edirəm. Gəncə şəhərində və digər paytaxtdan kənar olan şəhər və rayonlarda yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasını xahiş edirəm. Eyni zamanda hasarlanan, silinən, görünməz halda olan nişanların inventarizasiyası aparılmalı və vaxtında yenilənmələrin edilməsi nəzarətə götürülməlidir. İnfrastrukturu tamamlanmamış yollarda kamera vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır. Sürücülərin cərimədən şikayət etmək hüququnu bildirə bilsin deyə asan, əlçatan şikayət mexanizmi yaradılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31