Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar (FOTO)
16:27 SosialHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar.
Qonaqlar uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim ediblər.
Ümumtəhsil məktəbində onlar "Qurma" adlı art-studiya ilə tanış olublar. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladıqları xalçalar, rəsm əsərləri və tikiş nümunələri nümayiş etdirilir.
Məktəbdə, həmçinin əyləncəli proqram təşkil olunub. Uşaqlar öz əl işlərini qonaqlara hədiyyə ediblər.














Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31