Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Özbəkistanın dövlət qulluqçuları üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib. İştirakçılar Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında təhsil alırlar.

Təqdimat zamanı "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Akademiyanın dəvəti əsasında ölkəmizdə səfərdə olan qonaqlar  "ASAN xidmət" mərkəzinin, Səyyar ASAN xidmətin,  "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Xatırladaq ki, Azərbaycan brendi bu ölkədə də uğurla tətbiq olunur. Hazırda Özbəkistanda "ASAN xidmət" modeli əsasında 200-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31