Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür.
12:18 SosialBu gün 4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür. Bu münasibətlə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Adil oğlu Məmmədli öz sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: Həmkarlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31