Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR

Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq.

Olaylar.az  xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Nəqliyyat haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, ölkədə nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.

Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili sisteminin obyektləri, həmçinin metropoliten dövlət mülkiyyətidir

Layihədə isə təklif olunur ki, bu siyahıya tramvay xətləri (infrastrukturu) də əlavə edilsin.  "Yeni Sabah"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31