Sibel Can ərə gedir
15:05 SosialTürkiyənin tanınmış müğənnisi Sibel Can ilə iş adamı Emir Sarıgül haqqında yeni evlilik iddiası ortaya atılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir birlikdə olduqları deyilən cütlüyün münasibətlərini rəsmi nikahla rəsmiləşdirməyə hazırlaşdığı iddia olunur.
Məlumata görə, 55 yaşlı Sibel Can və 45 yaşlı Emir Sarıgül münasibətlərini hər zaman ictimaiyyətdən uzaq yaşamağa üstünlük veriblər. Buna baxmayaraq, onların birlikdə keçirdikləri istirahətlər və evlilik xəbərləri zaman-zaman maqazin gündəmini zəbt edib.
Son iddianı aparıcı Ece Erken səsləndirib. O bildirib ki, məlumatı Sarıgül ailəsinə yaxın mənbələrdən əldə edib.
"Eşitdiyim məlumatı dəqiq şəkildə deyirəm. Sibel Can və Emir Sarıgül yay aylarında Mayamidə evlənməyi planlaşdırırlar", - deyə Ece Erken qeyd edib.
İddialara əsasən, cütlük toy mərasimini ABŞ-nin Mayami şəhərində keçirməyi düşünür. Lakin yayılan xəbərlərlə bağlı tərəflərdən açıqlama verilməyib.