Bu ərazilərdə saat 12:30-da işıq KƏSİLƏCƏK

Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsininn (EŞ) ərazisində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31