Hicran Hüseynova Qlobal Qadınlar Sammitinə qatılacaq

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak etmək üçün iyunun 3-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Komitə sədri sammit çərçivəsində qadınların dəstəklənməsində dövlət və özəl sektor arasında əməkdaşlığa həsr olunan dəyirmi masada iştirak edəcək, müzakirələr zamanı çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31