Dövlət qurumlarının qarşısında konkret tapşırıqlar qoyulub- ÖZƏL
11:25 Sosial"Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının qarşısında konkret tapşırıqlar qoyulub". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılmalı, mövcud problemlər operativ şəkildə həll edilməli, fermerlərin müraciətləri həssaslıqla araşdırılmalıdır. Dövlət qurumları ilə fermerlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, şəffaflığın təmin olunması və idarəetmənin təkmilləşdirilməsi qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.
Ümumilikdə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın aqrar sektorunun inkişafına verilən yüksək əhəmiyyətin bariz nümunəsidir. Səsləndirilən fikirlər və müəyyənləşdirilən hədəflər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına və kənd əhalisinin rifahının daha da yüksəldilməsinə xidmət edir. Dövlətin ardıcıl dəstəyi və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan kənd təsərrüfatının qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına ciddi əsaslar mövcuddur".