Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu  gün  Bakının bir hissəsində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb. 

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31