Ottavada Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTO)

Kanadanın paytaxtı Ottavada 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin birgə dəstəyi, diaspor fəalı Fərid Qasımovun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ottava və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxışında 28 May - Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Kanadadakı diasporumuzun milli dəyərlərin təbliği və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Kanadanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər. Toronto şəhərindəki Azərbaycan Evini təmsil edən Anar İsmayılov və Günel Məmmədova, Azərbaycan-Türk Assosiasiyasının sədri Kəmalə Şiriyeva, Monrealdan Kvebek Azərbaycanlıları Assosiasiyasının rəhbəri Məsud Əliyev, Kalqaridən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin rəhbəri Ceyhun Nəcəfov, həmçinin Vankuverdən Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin sədri Təranə Novruzova Azərbaycanın müstəqillik tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü böyük işlərdən, Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizin azadlığının qorunub möhkəmləndirilməsindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasından, suverenliyimizin bərpasından bəhs ediblər. Eyni zamanda Kanadadakı Azərbaycan diasporunun birgə fəaliyyətinin və qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Torontoda fəaliyyət göstərən Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı ilə Azərbaycan Evinin üzvlərinin klassik və milli musiqilərin müşayiəti ilə ifa etdikləri rəqslər böyük maraq və alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31