Rəqəmsal texnologiyaların aqrar sektora inteqrasiyası vacib şərtdir- ÖZƏL

"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahədə əldə olunan uğurlarla yanaşı, mövcud problemlərə də toxunuldu. Qeyd olundu ki, bəzi məhsullar üzrə istehsal göstəriciləri hələ də ölkənin potensialına uyğun deyil. Torpaq ehtiyatlarından səmərəli istifadə, suvarma sistemlərinin modernləşdirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirildi".  "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının səd Bayram Aslanov deyib: "Xüsusilə su ehtiyatlarının idarə olunması məsələsi müşavirədə geniş müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, iqlim dəyişiklikləri fonunda su resurslarından qənaətlə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır. Yeni su anbarlarının tikilməsi, suvarma şəbəkələrinin yenilənməsi və innovativ suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Müşavirədə fermerlərin fəaliyyətinin dəstəklənməsi məsələləri də xüsusi yer tutdu. Dövlət tərəfindən subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə fermerlərə təqdim olunması və aqrar sığorta sisteminin genişləndirilməsi kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Prezident vurğuladı ki, fermerlərin rifahının yüksəldilməsi və onların gəlirlərinin artırılması dövlətin əsas məqsədlərindən biridir.

Rəqəmsal texnologiyaların və innovasiyaların aqrar sektora inteqrasiyası məsələsinə də müşavirədə xüsusi diqqət yetirildi. Müasir dövrdə kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması üçün "ağıllı kənd", rəqəmsal monitorinq, peyk nəzarəti və dəqiq əkinçilik texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın kənd təsərrüfatını yeni inkişaf mərhələsinə çıxarmağa xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31