Qubada şəhid baş çavuş Surxay Mehdiyevin xatirəsinə həsr olunmuş daxili turnir keçirilib
09:30 Sosial24 may 2026-cı il tarixində Quba şəhərində "UHUD" Taekvondo klubunun təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi, baş çavuş Mehdiyev Surxay Zülfü oğlunun xatirəsinə həsr olunan daxili birincilik təşkil olunub.
Yarışın açılış mərasimində çıxış edən "UHUD" Taekvondo klubunun baş məşqçisi və yarışın təşkilatçısı Tural Vəlibəyov şəhidlərimizin döyüş yolunun və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyini qeyd edib. O, bu cür idman tədbirlərinin şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və yeniyetmə idmançılarda vətənpərvərlik hisslərini gücləndirmək məqsədi daşıdığını vurğulayıb.
Rəsmi açılış nitqindən öncə söz şəhidimizin anası Rəsmiyyə Mehdiyevaya verilib. Rəsmiyyə Mehdiyeva çıxışında bu kimi təşəbbüslərin şəhid ailələri üçün yüksək mənəvi dəyərini xüsusilə qeyd edib. O, yarışda iştirak edən idmançılara uğurlar arzu edərək, onlara hər zaman Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı diləyib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə qaliblər aşağıdakı kimi müəyyənləşib.
Belə ki uşaqlar (oğlanlar) üzrə
19 kq:
1-ci yer: Musazadə Ömər
2-ci yer: Tapdıqov Süleyman
3-cü yer: Mehdiyev Zülfü
21 kq:
1-ci yer: Zeynalov Əfrahim
2-ci yer: Nürəddinov Ceyxan
3-cü yer: Əliyarov Samray
23 kq:
1-ci yer: İsmayıllı Yaqub
2-ci yer: Hüseynli Hüseyn
3-cü yer: Qonaqov Tuncay və Qədirov Əfqan
27 kq:
1-ci yer: Fərzəliyev Turan
2-ci yer: Məmmədov Ayxan
3-cü yer: Cəfərov Nicat
29 kq:
1-ci yer: Arı Mirac
2-ci yer: Dadaşov Mehdi
3-cü yer: Nəbizadə Cavidan
37 kq:
1-ci yer: Hacıyev Ziya
2-ci yer: Talıbov Heybət
Uşaqlar (Qızlar) üzrə
22 kq:
1-ci yer: Fəxrəliyeva Məryəm
2-ci yer: Tapdıqova Fatimə
27 kq:
1-ci yer: Güləliyeva Əzizə
2-ci yer: Salmanova Sənubər
3-cü yer: Mehdiyeva Ayşə
Yeniyetmələr üzrə:
37 kq:
1-ci yer: Məmmədov Cəlil
2-ci yer: Vəlibəyov Yəhya
3-cü yer: Məmmədov Cəmil və Ağayev Heydər
41 kq:
1-ci yer: Feyzullayev Onur
2-ci yer: Məmmədzadə Axmed
3-cü yer: İsmayılov Həzrət
45 kq:
1-ci yer: Bayramov Ömər
2-ci yer: Qayıbov Orxan
3-cü yer: Ağayev Abdulla
Gənclər üzrə:
48 kq: 1-ci yer: Feyzullayev Arif
2-ci yer: Qaflanov Heydər
3-cü yer: Ramazanov Osman
51 kq:
1-ci yer: Rzayev Əlimurad
2-ci yer: Zəkiyev Ramal
3-cü yer: Məmmədli Ayxan və
Əliyev Əhməd yerlərini bölüşüb.
Mükafatlandırma mərasimində şəhid anası Rəsmiyyə Mehdiyeva da iştirak edib. Qeyd edək ki, uşaqlar (oğlanlar) kateqoriyasında 19 kq çəki dərəcəsində 3-cü yerə sahib olan Zülfü Mehdiyev və qızlar kateqoriyasında 27 kq çəki dərəcəsində 3-cü yeri tutan Ayşə Mehdiyeva şəhid Surxay Mehdiyevin övladlarıdır. Qalib gələn şəhid əmanətlərinin mükafatlarını nənələri Rəsmiyyə xanım şəxsən təqdim edib. Mükafatlandırma mərasimində şəhid anası Rəsmiyyə Mehdiyeva da iştirak edib. Qeyd edək ki, uşaqlar (oğlanlar) kateqoriyasında 19 kq çəki dərəcəsində 3-cü yerə sahib olan Zülfü Mehdiyev və qızlar kateqoriyasında 27 kq çəki dərəcəsində 3-cü yeri tutan Ayşə Mehdiyeva şəhid Surxay Mehdiyevin övladlarıdır. Qalib gələn şəhid əmanətlərinin mükafatlarını nənələri Rəsmiyyə xanım şəxsən təqdim edib.