"Türk birliyinə qadın könüllülərinin töhfəsi"

Mayın 25-də Qazaxıstan səfirliyi  Beynəlxalq Qadınlar Klubunun təşkil etdiyi növbəti tədbirə ev sahibliyi etdi. Azərbaycan, Qazaxıstan, Türkiyənin inkişafına beynəlxalq qadın könüllülərin töhfəsi Forumunun düzənlənməsində məqsəd dost və qardaş ölkələrin ortaq dəyərləri   və müasir dövrün çağırışları fonunda qadın əməkdaşlığının gücləndirilməsi idi.   Tədbirdə qadınların cəmiyyətdəki rolu, qadın hüquqları və qadın inkişafı mövzusundə müzakirələr aparıldı. 
Təcrübələrini bölüşən çıxışçılar, diplomatik korpusların nümayəndələri, millət vəkilləri, Türkiyədən gələn işgüzar xanımlar  bu kimi tədbirlərin bütövlükdə türk dünyası üçün, qadın birliyi, qadın töhfəsi baxımından   əhəmiyyətini vurğuladılar. Bildirildi ki, birlikdə addımlayan  türk qadınları gələcəyin daha güclü Türk birliyini yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31