Azərbaycan qadınının savadlılıq səviyyəsi 99.8%-dir- ÖZƏL

"Azərbaycan Respublikası BMT-yə üzv olan dövlətlər arasında, 193 dövlət arasında ilk dövlətlərdən oldu ki, elə məhz həmin il dayanıqlı inkişaf məqsədlərinin 17-sini də qəbul etdi. Eyni zamanda 88 hədəf və 119 göstəricini milli səviyyədə öz inkişaf proqramına daxil elədi.Və vurğulamaq istədiyim mühüm fakt ondan ibarətdir ki, bu istiqamətdə sistemli fəaliyyətin təmin olunması məqsədilə Milli Əlaqələndirmə Şurası təsis edildi və əlaqədar dövlət proqramı qəbul edildi. Burada xüsusilə Komitənin fəaliyyətinə aid iki dayanıqlı inkişaf məqsədini  vurğulamaq istəyirəm. Bunun biri 5-ci dayanıqlı inkişaf məqsədi gender bərabərliyi, digəri isə 10-cu dayanıqlı inkişaf məqsədi bərabərsizliyin azaldılmasından bağlı fəaliyyətlərə aiddir. Və iki statistik rəqəmlə Azərbaycanın göstəricisini vurğulamaq istəyirəm. Bu da qadınların əmək bazarında təmsilçiliyi ilə bağlıdır. Bildirim ki, hazırda Azərbaycan qadınının əmək bazarında təmsilçiliyi hardasa 60-61%-dir. İllər olub hətta 70%-ə qədər yaxınlaşıb. Bu isə ümumdünya göstəricisindən 10% artıqdır. Bu göstərici 176 dövlət arasında hardasa 50 faizdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "İkinci mühüm faktı isə təhsillə bağlı mən əlavə eləmək istəyirəm. Bu isə savadlılıq səviyyəsi ilə əlaqəlidir. Bu gün Azərbaycan qadınının savadlılıq səviyyəsi 99.8%-dir. Azərbaycan kişisinin savadlılıq səviyyəsi isə 99.7%-dir. Bu da, deməli, ümumdünya göstəricisindən qat-qat yüksəkdir və təbii ki, bu istiqamətdə dövlətimizin apardığı uğurlu fəaliyyəti göstərir. Bildirim ki,  də Dayanıqlı inkişaf məqsədlərinin ümumi icrası ilə bağlı  2030-cu ilə qədər vaxt az qalsa da, amma icra ilə bağlı ümumi göstəricilər beynəlxalq miqyasda 17-30% arasındadır. Azərbaycan hökumətinin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyət bu ümumi göstəricilərin çoxunu arxada qoyur və biz MDB məkanında da ilk dövlətlərdən biri olduq ki, könüllü hesabat təqdim etdik.

Digər vurğulamaq istədiyim məsələ BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə, konvensiyasından irəli gələn öhdəliklərlə bağlıdır. Bilirsiniz ki, qlobal səviyyədə,  doqquz insan hüquqları ilə bağlı konvensiya var. Azərbaycan Respublikası onun səkkizini ratifikasiya edib və müvafiq öhdəliklər həyata keçirməkdədir. Bunlardan biri də qadın hüquqları ilə bağlı konvensiyadır. 2022-ci ildə bununla bağlı Azərbaycan hökuməti də altıncı dövri məruzəsini BMT-yə təqdim elədi. Ondan təxminən bir ay sonra bizə 13 istiqamət üzrə 80 bənddən ibarət tövsiyələr verildi. Bu ümumi göstəricilər müqayisədə digər dövlətlərlə elə də çox göstərici deyil və bu istiqamətdə də məsələlərdən biri odur ki, bəzilərinin icrası qısa müddətdə həyata keçirildi, aylar ərzində, bəzi məsələlər isə açıqdır. Mənim sualım ondan ibarətdir ki, bu öhdəliklər hansı ki, bunlar qlobal səviyyədə, BMT səviyyəsində bizdən fəaliyyət gözləyirlər, və burda hesabatlılıq necədir və növbəti hesabatın təqdim olunması nə vaxta planlaşdırılır?

Və sonuncu mənim vurğulamaq istədiyim məsələ, elə son günlər paytaxtımızda baş tutmuş şəhərsalma forumu ilə bağlıdır. Xüsusilə, burda inklüzivliyin təmin istiqamətində olan fəaliyyəti vurğulamaq istərdim.Bu forumda 565 tədbir baş tutub və onların bir qismi qadınların rolu ilə bağlı idi. O tədbirlərin birində mən də iştirak elədim, həmkarlarımla bir yerdə. Növbəti nəzərdə tutulan ev sahibi ölkə Meksikanın səfiri də orda iştirak edirdi. Xanım səfir Azərbaycan qadınının cəmiyyətdə və ayrı-ayrı məsələlərlə bağlı fəaliyyəti ilə bağlı məlumatları eşidəndə, Meksika ilə təcrübə mübadiləsində maraqlı olduqlarını qeyd etdi.

Digər mühüm məsələ gənclərlə bağlıdır. Bilirsiniz, biz orda çoxsaylı könüllüləri gördük. Həqiqətən çox qürurvericidir. Çünki BMT Bakıya gəlib və həmin tədbir ərazisi ekstraterritorial hesabolunurdu, Azərbaycan ərazisi yox, BMT ərazisi sayıllrdı. Və həmin gənc insanların bundan sonra beynəlxalq səviyyədə təcrübə qazanması və öz tərcümeyi-halına belə bir mühüm tədbiri, hətta COP29-la bağlı , digər tədbirlərlə bağlı məlumatları daxil etməsi onu göstərir ki, gənclərin inkişafını stimullaşdırır. Bu da bir daha təsdiq edir ki, 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun inkişafı ilə bağlı məsələlər yer alır".

".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31