Qadınların iqtisadi fəallığı artıb- ÖZƏL

"Əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki,   qadınların iqtisadi fəallığı davamlı şəkildə artır". "Olaylar" xəbər verir ki, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib: "Ölkədə orta əməkhaqqında da artım tempi  müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir, özünüməşğulluq proqramlarında iştirak da  genişlənməkdədir.Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük  verdiyini göstərir.

Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur.

Hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma, peşə təhsilində tədrici diversifikasiya olmaqla insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur. DK nin 2020 ci ildə başlatdığı "Qızların Təhsilinə Dəstək" layihəsi 9 istiqamət üzrə proqramları və  tələbə qızların artan sayı  ilə bu nəcib mussiyanın daha da genişləndiyinin əsas əlamətidir. Bu proses göstərir ki, Azərbaycanda artıq təhsil və iqtisadiyyat arasında struktur məzmunlu  uyğunlaşma güclənməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31