Erkən evlilik təxminən 50%-ə yaxın azalıb-Komitə sədri- ÖZƏL
11:22 Sosial"Gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir". "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib: "Bu özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir.
Bunu DK nə, müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah, doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir. Misal üçün 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır.
Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin, ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir".