Bakının bu ərazisində qazın verilişi DAYANDIRILACAQ
17:18 SosialSabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31