İctimai sağlamlıqla bağlı təlim keçirilib
12:47 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici təlim keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimdə Ədliyyə Akademiyasının əməkdaşları iştirak ediblər. Tədbirin əsas məqsədi ictimai sağlamlıq, hüquqi maarifləndirmə və səhiyyə sahəsində məlumatlılığın artırılması olub.
Təlim zamanı iştirakçılara ictimai sağlamlığın aktual istiqamətləri, sağlam həyat tərzinin təşviqi, hüquqi tənzimləmə mexanizmləri və bu sahədə tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.
Təlim Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və həmin Mərkəzin baş hüquqşünası Rüstəm Məmmədov tərəfindən aparılıb.