Bişkekdə gender bərabərliyi ilə bağlı Azərbaycan təcrübəsi təqdim edilib- ÖZƏL
12:41 SosialBişkekdə "Mərkəzi Asiyada gender bərabərliyinin irəliləməsi və qadınların səlahiyyətləndirilməsində parlamentarların rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Tədbirdə Azərbaycan təcrübəsini təqdim edərək gender bərabərliyi, qadınların siyasi iştirakı və bu istiqamətdə həyata keçirilən islahatlar barədə çıxış etdim. Həmkarım Məlahət İbrahimqızı isə "Qadınlara və qızlara qarşı onlayn təcavüz və kibertəhdidlərlə mübarizədə parlamentarların rolu" mövzusunda sessiyaya moderatorluq etdi. Qırğızıstan Parlamenti və Hökumətinin ev sahibliyi, AFPPD, UNFPA və UN Women-un dəstəyi ilə təşkil olunan konfrans çərçivəsində gender siyasəti, qadınların qərarvermə prosesində iştirakı, rəqəmsal təhlükəsizlik və qadınların iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr keçirildi".