WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən müzakirələr çox maraqlı və məlumatlandırıcı oldu. Burada müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmaq və şəhər inkişafı ilə bağlı yeni biliklər əldə etmək imkanı qazandım.

Bunu AZƏRTAC-a müsahibəsində WUF13-ün yamaykalı iştirakçısı, professor Carel Archer deyib.

"Düşünürəm ki, Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir. Xüsusilə "Ağ şəhər" urbanizasiya və şəhər yenilənməsi baxımından çox maraqlı təcrübədir", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31