UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

"Yeni Şəhərsalma Proqramı" çərçivəsində gənclərin və digər maraqlı tərəflərin iştirakı konkret fəaliyyətlər vasitəsilə həyata keçirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Gənclər Məşvərət Şurasının üzvü Zeina Elzein deyib.

"Həmçinin onlar yalnız məsləhətləşmələrdə, sessiyalarda və müzakirələrdə iştirak edən tərəf kimi deyil, qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar. Çünki müşahidə etdiyim əsas problemlərdən biri odur ki, bu proseslər gənclər üçün kifayət qədər əlçatan deyil. Bəzən institusional sistem ümumi ictimaiyyətin qərarvermə prosesində iştirak etməsi üçün maneə yaradır", - deyə o diqqətə çatdırıb.

Zeina Elzein, həmçinin vurğulayıb ki, gənclər, qadınlar və uşaqlar kimi müxtəlif qruplar üçün qərarvermə masalarında xüsusi yerlərin ayrılması onların müzakirələrin bir hissəsinə çevrilməsi baxımından çox vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31