WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox yüksək səviyyədə təşkil olundu, təşkilatçılıq çox yaxşı həyata keçirildi. Könüllülər və başqaları çox yardımsevər idilər.

Bunu AZƏRTAC-a açıqlamasında WUF13-ün pakistanlı iştirakçısı İhsan Haq deyib.

"Bu tədbir ölkələri şəhərsalma və dayanıqlı inkişaf mövzularında maarifləndirmək baxımından çox vacibdir. Azərbaycan bundan əvvəl COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Mən həmin tədbirdə də iştirak etmişdim. Hesab edirəm ki, Azərbaycan hazırda şəhərsalma, iqlim dəyişiklikləri, mədəni irs və mədəniyyət sahəsində qlobal səviyyədə mühüm rol oynayır", - deyə o diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31