Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır
19:23 SosialHesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumu dünyanın bütün ölkələri üçün çox vacibdir. Burada ölkələr bir-birinə dəstək olur və insanlar bu forumdan faydalanırlar. Çünki bu platforma ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır, ölkələr bir-birinin təcrübəsindən öyrənir. Bu cür əməkdaşlıq dünyanın inkişafına kömək edir.
Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Sudandan olan iştirakçı Amin Osman Elamin Abd Elqadir deyib.
"Bu cür tədbirlər xüsusilə Sudan üçün çox önəmlidir. 2023-cü ildən bəri davam edən müharibə nəticəsində ölkənin infrastrukturu ciddi zərər görüb. Buna görə də digər ölkələrin dəstəyi bizim üçün çox vacibdir. Biz WUF13 çərçivəsində müxtəlif ölkələrdən olan insanlarla danışdıqda görürük ki, onlar Sudana infrastrukturun, telekommunikasiya sistemlərinin və digər sahələrin yenidən qurulmasında kömək etməyə hazırdırlar. Bu baxımdan WUF və onun sessiyaları bizim üçün çox faydalıdır", - deyə Sudanlı iştirakçı qeyd edib.