Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
18:16 SosialMayın 22-si saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
Olaylar xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.
Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31