Komitə sədri Milli Məclisdə may ayı üzrə vətəndaş qəbulunu keçirib
16:35 SosialMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə 2026-cı ilin may ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif bölgələrdən müraciət edən vətəndaşlar tərəfindən hüquqi müdafiə, yeni yaradılmış ictimai birliklər və dini qurumlarla bağlı məsələlər, habelə digər fəaliyyət istiqamətlərinə dair müxtəlif müraciətlər dinlənilib.
Səsləndirilən problemlərlə bağlı müraciət müəlliflərinə müvafiq hüquqi izahatlar verilib, məsələlərin həlli istiqamətində mümkün mexanizmlər diqqətə çatdırılıb.
Müraciətlərdə qaldırılan bəzi məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına komitə adəndan məktub ünvanlanacağı bildirilib.
Komitə sədri vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında konstruktiv dialoqun davam etdirilməsi və inkişafının vacibliyini vurğulayaraq, vətəndaş müraciətlərinə məsuliyyətli yanaşmanın parlament fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, qaldırılan məsələlərin icra durumu nəzarətdə saxlanılacaq, nəticələr barədə müraciət müəlliflərinə məlumat veriləcək.
Həmçinin vurğulanıb ki, belə qəbulların əsas məqsədi vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, ictimai institutlarla əlaqələrin daha da möhkəmləndirilməsi və qanunvericilik təşəbbüslərinin praktik əsaslar üzərində təkmilləşdirilməsidir.
Qəbulda iştirak edən yazıçı-publisist Pünhan Şükür yeni çıxmış "Xudavəng əfsanəsi" kitabını Fazil Mustafa üçün imzalayıb.