Vəkillər məhkumlara növbəti pulsuz hüquqi yardım göstəriblər
14:56 SosialƏdliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün "İnsan Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib. Vəkillər Kollegiyasından "Olaylar"a bildrilib ki, "Presedent" Vəkil Bürosunun vəkilləri tərəfindən 1 və 15 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 35 nəfərə yaxın məhkum qəbul edilib və onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31