Korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında "Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq mexanizmlər" mövzusunda təlim təşkil olunub. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, təlim Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Teyyub Muxtarov tərəfindən keçirilib və 41 hakim iştirak edib.
Təlimdə korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericilik, beynəlxalq hüquqi mexanizmlər, məhkəmə təcrübəsində tətbiq olunan yanaşmalar, habelə şəffaflığın və etik davranış prinsiplərinin təmin edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31