Əhvalınızı yüksəltmək istəyirsiniz? - Bu rəngləri geyinin

Rənglərin insan psixologiyasına təsiri illərdir müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, geyimdə seçilən rənglər həm insanın öz əhvalına, həm də ətrafdakılara birbaşa təsir göstərə bilir.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, qadınlar daha çox enerjili və pozitiv hiss yaratdığı üçün açıq tonlara üstünlük verir. Xüsusilə çəhrayı, ağ, açıq mavi və lavanda rəngləri qadınlarda rahatlıq və xoş əhval hissi yaradır. Stil mütəxəssisləri qeyd edir ki, bu rənglər insanı daha canlı və pozitiv göstərir.

Kişilərdə isə mavi, yaşıl və torpaq tonları daha çox sakitlik və özünəinam hissi formalaşdırır. Xüsusilə tünd mavi rəng həm ciddi, həm də insanı enerjili göstərən rənglərdən biri hesab olunur.

Psixoloqlar bildirirlər ki, sarı rəng isə həm qadın, həm də kişilərdə xoşbəxtlik hissini artıran ən güclü rənglərdən sayılır. Bu rəng beyində pozitiv emosiyalarla əlaqəli hissləri aktivləşdirir və insanın enerjisini yüksəldə bilir.

Mütəxəssislərin fikrincə, geyim seçərkən yalnız dəbə deyil, rənglərin insanın ruh halına təsirinə də diqqət yetirmək vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31