Bələdiyyə üzvləri üçün maarifləndirici təlim keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Şirvan regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan rayonların bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici təlim keçirilib. Akademiyadan "Olaylar"a bildirilib ki, təlim zamanı yerli özünüidarəetmədə etik davranış qaydaları və korrupsiya risklərinin qarşısının alınması, bələdiyyə üzv və qulluqçuları üçün inzibati icraatın aparılması və inzibati qərarların hüquqi əsasları, eləcə də "Bələdiyyələrlə iş" informasiya sistemi haqqında Əsasnamənin tələbləri barədə ətraflı məlumat verilib.
Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, praktiki nümunələr əsasında izahlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31