Tiflisə qatarla bu qiymətə GEDƏCƏYİK - RƏSMİ

Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31