Azərbaycan gənclərinin göstərdiyi şücaət xalqın tarixinə qızıl hərflərlə yazılıb- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin milli dəyərlərin qorunması və inkişafında mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, milli birlik və vətənpərvərlik nümunəsi kimi xüsusi vurğulanmalıdır. 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycan gənclərinin göstərdiyi şücaət xalqın tarixinə qızıl hərflərlə yazılıb və onların Vətənə bağlılığının parlaq nümunəsinə çevrilib. Bu isə öz növbəsində müasir informasiya mühitində milli kimliyin qorunmasında vacib məqama çevrilib.
 Müasir gənclər həm dünyəvi biliklərə yiyələnir, həm də milli-mənəvi dəyərlərə sadiqliyini qoruyurlar. Hazırda dövlət tərəfindən yaradılan geniş imkanlar gənclərin təhsil almasına, beynəlxalq təcrübə qazanmasına və müxtəlif sahələrdə uğur əldə etməsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31