Hansı hallarda kolların kəsilməsi həyata keçirilə bilər- ÖZƏL

Bundan sonra kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək. "Olaylar" xəbər verir ki, bu qayda "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda ediləcək dəyişiklikdə əksini tapıb.  Sənədə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsinə münasibətdə bu qanunda nəzərdə tutulmuş tələblər tətbiq olunmur.
Bunun üçün ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın  informasiya sistemi vasitəsilə məlumat verilir. Ərizəçi tərəfindən yalan və ya təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31