Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək

 

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.

Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.

Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar.

Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.

Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. İkinci sərgi isə bu ilin yanvar ayında keçirilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31