Mexiko WUF13-ün bütün iştirakçılarını növbəti Ümumdünya Şəhərsalma Forumuna dəvət edir - mer

Mexiko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını növbəti foruma dəvət edib.

Olaylar.az xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada WUF13 çərçivəsində Mexiko pavillionunun açılışında bildirib.

O, şəhər konsepsiyası barədə məlumat verərək iştirakçıları növbəti forumun keçiriləcəyi Mexiko şəhərinə dəvət edib.

Onun sözlərinə görə, gələcək WUF forumu paytaxtın tarixi irsi ilə müasir şəhər transformasiyalarını vəhdət halına gətirəcək.

"Biz hər kəsi Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna dəvət edirik. Biz qədim kökləri və tarixi bu günkü Mexiko ilə - köklü xalqları, dayanıqlı inkişaf və ictimai məkanların transformasiyası üzə layihələr olan dinamik meqapolislə birləşdirmək istəyirik",-deyə o bildirib.

Bruqada əlavə edib ki, şəhərdə həyata keçirilən "Utopías" layihəsi də xüsusi əhəmiyyət daşıyır.

"Bu, beynəlxalq səviyyədə tanınan kompleks layihələrdir. UN-Habitat onları bərabərsizliyin azaldılması istiqamətində yüksək təsirə malik təşəbbüslər kimi qiymətləndirib", - deyə mer qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31