Bakı-Qəbələ-Bakı qatarının hərəkəti ikitərəfli qaydada təşkil olunacaq
16:31 SosialYay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Sərnişinlər səfər biletini ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından ala bilər.
Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31