Şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var- ÖZƏL
10:19 Sosial"Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılması hər birimizin mənəvi borcudur. Şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var və bu onların övladlarının qəhrəmanlığının unudulmadığını, daim ehtiramla yad edildiyini göstərən mühüm mənəvi dəyər daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük birlik və iradə nümayiş etdirdi. Bu Zəfər xalqımızın qəhrəman oğullarının şücaəti, şəhidlərimizin qanı və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində qazanıldı. Bu gün gənc nəslin həmin tarixi düzgün öyrənməsi və qəhrəmanlarımızı tanıması xüsusi əhəmiyyət daşıyır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31