Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs müddətli həqiqi hərbi xidmətə çağırılır?

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan vətəndaşlığından çıxmamış şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Milli.Az xəbər verir ki, bu məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Qanunun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31