Azərbaycanda daha bir kateqoriyaya aid şəxslərə güzəştli evlər verilə bilər
16:46 SosialSəhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə bilər.
Trend-in əldə etdiyi məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi məsələsininin sürətləndirilməsi istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31