Əməkhaqqılarla bağlı YENİLİK - Belə olacaq

Son zamanlar saatlıq iş rejimi ciddi müzakirə olunur. Bir çoxları iddia edir ki, saatlıq iş rejimi işçiyə daha çox sərfəlidir ki, ikinci bir işdə də çalışsın.

Bunun əksini söyləyənlər də var. İddia edilir ki, işəgötürənlər saatlıq iş rejimində işçidən daha çox faydalanmağa, əvəzində isə daha az əməkhaqqı ödəməyə çalışacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov əslində burada ciddi bir dəyişiklik gözlənilmədiyi bildirilib.

"Minimum əməkhaqqı olan 400 manatı 167 saata böləcəklər və bu olacaq saatlıq iş rejimi... Saata bölməyəndə də olur aylıq... Yəni burada elə bir ciddi dəyişiklik yoxdur. Doğrudur, bu məsələ ətrafında süni ajiotaj yaradılır.

Məndə olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklif irəli sürür ki, həm saatlıq, həm də günlük minimal ödəniş sistemi qalsın. Belə olarsa, əməkhaqqının miqdarında prinsipial bir dəyişiklik olmayacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31