“Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda aksiya keçirilib- ÖZƏL
10:42 Sosial"15 May - Beynəlxalq Ailə Günü" ilə bağlı Cəbrayıl qəsəbələrində "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı" mövzusunda aksiya keçirilib. "Olaylar" xəbər verir ki, aksiya çərçivəsində sağlam ailə münasibətlərinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi və ailənin cəmiyyətin əsas sütunu olduğu barədə gənclərlə ətraflı söhbət aparılıb, dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan ailəsi hər zaman milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. Ailədə qarşılıqlı hörmət, qayğı və düzgün tərbiyə prinsipləri cəmiyyətin sağlam inkişafının əsasını təşkil edir.
Aksiya maarifləndirici bukletlərin paylanılması ilə davam etdirilib.