Azərbaycanda məşğul əhalinin yarısını qadınlar təşkil edir- ÖZƏL

"Ölkəmizdə gender sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Milli Məclis gender siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "2024-cü ildə keçirilmiş parlament seçkilərindən sonra qadınların Milli Məclisdə təmsilçiliyi daha da artıb və onlar hazırda parlament komitələrində, o cümlədən rəhbər vəzifələrdə fəal rol oynayırlar. Azərbaycan qadın hüquqlarının qanunvericilik səviyyəsində qorunması və bərabər imkanların təmin edilməsi üçün mühüm hüquqi baza yaradıb. Bu istiqamətdə əsas mərhələlərdən biri 2006-cı ildə "Gender bərabərliyi haqqında" Qanunun qəbul edilməsi olub. Sahibə Qafarovanın sözlərinə görə, bu qanun ölkə üzrə qadınlar və kişilər üçün bərabər imkanların hüquqi əsasını yaradıb. Bu gün Azərbaycanda məşğul əhalinin demək olar ki, yarısını qadınlar təşkil edir. Onların biznes, təhsil, elm və rəqəmsal iqtisadiyyatda iştirakı davamlı olaraq artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31