Dövlət Miqrasiya Xidməti WUF13 ilə əlaqədar Azərbaycana gələnlərə müraciət edib
13:23 SosialDövlət Miqrasiya Xidməti (DMX) WUF13 ilə əlaqədar ölkəyə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayanlara müraciət edib
Bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31