Bayrama görə bütün sosial ödənişlər bu tarixdə VERİLƏCƏK - RƏSMİ

Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olur.

Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır. /Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31