Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb

Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb. Mayın 13-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə-235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə-419 nəfər köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31