Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı yeni dəyişiklik tətbiq olunub.Milli.Az xəbər verir ki, Şuşa qalasının önündən keçən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti artıq birtərəfli istiqamətdə həyata keçiriləcək.Ərazidə nəqliyyatın təhlükəsiz və nizamlı idarə olunması məqsədilə müşahidə kameraları da quraşdırılıb. Yeni qaydalara əməl etməyən sürücülərə qarşı isə inzibati tədbirlər görüləcək.Qeyd edək ki, yolun əks istiqamətində hərəkət edən sürücülər 150 manat cərimə və 4 cərimə balı ilə cəzalandırıla bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31