“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır. "Olaylar" xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.   
Bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib"  "mygov" platformasına  inteqrasiya edilən növbəti dövlət tətbiqidir. 
"mygov" mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31