Valideyn uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır-Deputat

Milli Məclisin deputatı Fazil Mustafa uşaqlardan imtina halları ilə bağlı dövlət uşaq müəssisələrinin sayının artırılmasını təklif edib. "Olaylar" xəbər verir ki, bu barədə deputat parlamentdə çıxışı zamanı deyib. Deputat bildirib ki, sosial şəbəkələrdə qeyri-hökumət təşkilatlarının valideyn himayəsindən məhrum qalan uşaqlarla bağlı fəaliyyəti barədə məlumatlar yayılır:

"QHT-lər sağ olsunlar ki, uşaqlara sahib çıxırlar. Düşünürəm ki, hansı valideyn uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır. Başqa ölkələrdə də bu belədir. Dövlət uşaq müəssisələrinin sayının artırılması vacibdir və bu, gələcəkdə sağlam vətəndaşların formalaşması baxımından əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31